​Bakı Gəmiqayırma Zavodu 5 il müddətinə vergilərdən azad edilib

​Bakı Gəmiqayırma Zavodu 5 il müddətinə vergilərdən azad edilib Dövlət başçısı bununla bağlı bir sıra qanunlara dəyişiklikləri təsdiq edib
Maliyyə
2 İyun , 2016 10:08
​Bakı Gəmiqayırma Zavodu 5 il müddətinə vergilərdən azad edilib

Bakı. 2 iyun. REPORT.AZ/ Qaradağ Sənaye Parkının rezidenti olan "Bakı Gəmiqayırma Zavodu" MMC 5 il müddətinə fəaliyyəti üçün lazım olan malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə vergilərdən, bütün növ malların idxalı üçün gömrük rüsumlarından, eləcə də məcburi sosial sığorta haqqı ödəməkdən azad edilib.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qüvvəyə minmiş "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Gömrük tarifi haqqında" və "Sosial sığorta haqqında" qanunlara edilmiş dəyişikliklərdən sonra mümkün olub.

Fərmanlara əsasən, vergilərdən azadetmələr bu il mayın 1-dən qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi