Bakı Fond Birjasının əməliyyat zərəri kəskin artıb

Bakı Fond Birjasının əməliyyat zərəri kəskin artıb BFB-nin məcmu aktivləri ötən il ərzində 1,4% artıb
Maliyyə
24 İyun , 2016 10:32
Bakı Fond Birjasının əməliyyat zərəri kəskin artıb

Bakı. 24 iyun. REPORT.AZ/ Ötən il “Bakı Fond Birjası” (BFB) QSC-nin əməliyyat zərəri 7,4 dəfə artaraq 796,1 min manat olub. “Report” xəbər verir ki, bu barədə “ANR Audit” MMC-nin açıqladığı audit yoxlamasının nəticəsində göstərilib.

Məlumata görə, 2015-ci ildə BFB-nin cəmi gəlirləri 497,6 min manat olub ki, bu da 2014-cü ilə nisbətən 52,1% azalma deməkdir.

Eyni zamanda, Birjanın xərcləri illik müqayisədə 11,1% artaraq 1 293,7 min manata yüksəlib.

BFB-nin il ərzində mənfəəti (vergidən sonra) 33,6% azalaraq 36,34 min manata düşüb. Vergidən əvvəl olan mənfəətin həcmi isə illik müqayisədə 36% azalaraq 61,96 min manata enib.

Qeyd edək ki, BFB-nin məcmu aktivləri ötən il ərzində 1,4% artaraq 3 360,3 min manat, cəmi öhdəlikləri 12,9% artaraq 73,8 min manat, cəmi kapitalı isə 36,34 min manat yaxud 1,12% artaraq 3 286,6 min manata yüksəlib.

Son xəbərlər

Orphus sistemi