Bakı. 16 iyul. REPORT.AZ/ Bakı Fond Birjası müvafiq sorğuların cavablandırılmasınadək “Eurobank” ASC və “Azərbaycan Kredit Bankı” ASC-nin qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.
"Report"un verdiyi xəbərə görə, birja ticarətin dayandırılmasını emitentlərin lisenziyalarının ləğv edilməsinin qiymətli kağızlarla ticarət, eləcə də investorların mənafelərinin qorunması üçün mühüm fakt olmasını nəzərə alaraq edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə “EuroBank” və “Azərbaycan Kredit Bankı”nın bank lisenziyaları ləğv edilib.