​Bağlanmış bank növbədənkənar iclas keçirəcək

​Bağlanmış bank növbədənkənar iclas keçirəcək Toplantı fevralın 3-də keçiriləcək
Maliyyə
29 Yanvar , 2016 09:58
​Bağlanmış bank növbədənkənar iclas keçirəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Fevralın 3-də saat 17:00-da "Atrabank" ASC-nin baş ofisində (Bakı şəhəri, Rəşid Behbudov küçəsi,77) səhmdarların Müşahidə Şurasının təqdimatı ilə bağlı növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report"un Bankın rəsmi qəzetdə dərc olunan elanına istinadən verdiyi xəbərə görə, iclasın gündəliyinə Azərbaycan Mərkəzi Bankının "Atrabank" ASC haqqında qəbul etdiyi 27 yanvar tarixli qərarların müzakirəsi və digər məsələlər daxildir.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 27 yanvar tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Atrabank”ın bank lisenziyaları ləğv edilib. Həmin tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “Atrabank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi