​Bağlanan 6 bankda 80 mln. manat qorunan əmanət var

​Bağlanan 6 bankda 80 mln. manat qorunan əmanət var Həmin banklarda əmanətlərin ümumi həcmi isə 223 mln. manata yaxındır
Maliyyə
28 Yanvar , 2016 13:21
​Bağlanan 6 bankda 80 mln. manat qorunan əmanət var

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə bu il lisenziyası ləğv edilən 6 kommersiya bankında ümumilikdə vəsaitləri qorunan 31 266 əmanətçi var. "Report" xəbər verir ki, bu banklarda kompensasiya olunan əmanətlərin ümumi həcmi isə 80,433 mln. manat civarındadır.

Bankların öz hesabatlarına əsasən, bu banklarda ("Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBC Bank", "Atrabank", "Qafqaz İnkişaf Bankı") məcmu əmanətlərin həcmi isə 222,196 mln. manatdır.

Həmin banklarda fiziki şəxslərin qorunan əmanətləri 192,134 mln. manat, fiziki şəxslərin qorunmayan əmanətləri 51,991 mln. manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi