​Azərbaycanın xidmətlər balansının mənfi saldosu 1,5 dəfə artıb

​Azərbaycanın xidmətlər balansının mənfi saldosu 1,5 dəfə artıb Saldonun həcmi 3 mlrd. dollara çatıb
Maliyyə
16 Sentyabr , 2014 05:19
​Azərbaycanın xidmətlər balansının mənfi saldosu 1,5 dəfə artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/. Azərbaycanın 2014-cü ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında əks etdirilən xarici dövlətlərlə iqtisadi əlaqələrdə qarşılıqlı xidmətlərin ümumi həcmi 7 013,1 mln. ABŞ dolları təşkil edib. Report-un xəbər verdiyi kimi, bunun 5 055,9 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 957,2 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərin dəyəridir. Beləliklə, xidmətlər balansının saldosu mənfi 3 098,8 mln. dollar olub ki, bu da 2013-cü ilin yanvar-iyun aylarına nisbətən 51,6% çoxdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 12,9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 905,4 mln. dollar olan nəqliyyat xidmətlərinin 48,5%-i və ya 439,5 mln. dolları Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 465,9 mln. dollar təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə müsbət saldo 26,5 mln. dollar təşkil edib. Ötən ilin yanvar-iyun aylarında isə 125,2 mln. dollar həcmində mənfi saldo müşahidə olunub.

İlk yarımillikdə xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 105,3 mln. dollar məbləğində olub. Öz növbəsində, xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 571,7 mln. dollar təşkil edib. Nəticədə, turizm xidmətləri üzrə 466,5 mln. dollar həcmində mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 3 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi