​Azərbaycanın regional vergi orqanlarına işçi qəbulu aparılır

​Azərbaycanın regional vergi orqanlarına işçi qəbulu aparılır Noyabrın 16-da keçiriləcək müsabiqəyə ümumilikdə 8 vakant vəzifə çıxarılıb
Maliyyə
17 Oktyabr , 2014 11:41
​Azərbaycanın regional vergi orqanlarına işçi qəbulu aparılır
Bakı. 17 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi orqanlarına işçi qəbulu ilə bağlı elan verib. "Report"un məlumatına görə, bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yayılıb.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə oktyabrın 20-dən noyabrın 2-dək aparılacaq. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Sənədləri qəbul edilən namizədlər noyabrın 13-dən 15-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından götürməlidir. Müsabiqənin test imtahanı noyabrın 16-da TQDK-nın müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

Müsabiqəyə ümumilikdə 8 vakant vəzifə çıxarılıb və bu, vergi orqanları regionlarda yerləşir.

Xatırladaq ki, dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında" əsasnamənin, “Dövlət vergi orqanlarında xidmət haqqında" əsasnamənin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.

Son xəbərlər

Orphus sistemi