Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalır

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalır Bu ilin üç rübü üzrə indeks 1,34 bəndə düşüb
Maliyyə
16 Oktyabr , 2014 09:20
Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalır

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2014-cü ilin yanvar-sentyabr ayları üzrə 1,34 bənd təşkil edib. “Repot”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2014-cü ilin yanvar-avqust aylarının göstəricisinə nisbətən 0,02 bənd azdır:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin əsas xərclərin ödənilməsindən sonra sərəncamında qalan gəlirlərin hissəsini göstərir. Bu əsas xərc istiqamətləri istehlak məsrəfləri, o cümlədən alınan malların dəyəri və ödənilən xidmətlərin dəyəridir.

Bu ilin 9 ayı ərzində pərakəndə ticarət dövriyyəsi 15,471 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 4,761 mlrd. manat, əhalinin məcmu gəlirləri isə 27,169 mlrd. manat təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsi 9,4%, xidmət xərcləri 6,4%, gəlirlər isə 5,4% artıb. İstehlak xərcləri təmin edildikdən sonra əhalinin sərəncamında 6,937 mlrd. manat həcmində vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi