​Azərbaycanda vergilər orqanlarının xətti ilə qeyri-neft sektoru üzrə büdcə ödənişləri 14% artıb

​Azərbaycanda vergilər orqanlarının xətti ilə qeyri-neft sektoru üzrə büdcə ödənişləri 14% artıb Ümumilikdə isə Vergilər Nazirliyi bu il dövlət büdcəsinə 5,347 mlrd. manat köçürüb
Maliyyə
13 Oktyabr , 2014 18:05
​Azərbaycanda vergilər orqanlarının xətti ilə qeyri-neft sektoru üzrə büdcə ödənişləri 14% artıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 346 762,8 min manat təşkil edib. Bu barədə “Report”a Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən məlumat verilib.

Bu məbləğin 32,4%-i mənfəət vergisi, 28%-i əlavə dəyər vergisi, 13,2%-i fiziki şəxslərin gəlir vergisi, 10,9%-i aksizlər, 15,5%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft sektoru üzrə büdcəyə 3 130 010,5 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% çoxdur.

Hesabat dövründə respublika üzrə 61 181 vergi ödəyicisi qeydiyyata alınıb, 1 oktyabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 591 178-ə çatıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6% təşkil edib.

Son xəbərlər

Orphus sistemi