​Azərbaycanda RSI indeksi artıb

​Azərbaycanda RSI indeksi artıb Lakin bu artım inflyasiya hesabına baş verib
Maliyyə
16 Oktyabr , 2014 06:30
​Azərbaycanda RSI indeksi artıb
Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2014-cü ilin sentyabr ayı üzrə 106,6% təşkil edib. “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici avqust ayına nisbətən 0,7 faiz bəndi çoxdur.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) aylıq dinamikasını əks etdirir. Bu ilin sentyabr ayında ümumi pərakəndə dövriyyəsi 1,871 mlrd. manat, avqustda isə 1,756 mlrd. manat təşkil edib. Göründüyü kimi, indeks artaraq 100%-dən yüksək olub. Aydındır ki, indeksin 100%-dən yüksək olması sentyabr ayında pərakəndə ticarətin həcminin avqustla müqayisədə artmasını göstərir. Bu artımda əsas rolu inflyasiya oynayıb. Belə ki, sentyabrda aylıq inflyasiya 1,1%, o cümlədən, pərakəndə ticarətin əksəriyyətini təşkil edən ərzaq məhsulları üzrə inflyasiya 2,6% olub. Beləliklə, demək olar ki, fiziki həcm üzrə pərakəndə ticarətdə azalma baş verib.

Son xəbərlər

Orphus sistemi