​Azərbaycanda quraşdırılan POS-terminalların sayı 59% artıb

​Azərbaycanda quraşdırılan POS-terminalların sayı 59% artıb Azərbaycanda cari ilin sentyabrın 1-nə ümumilikdə 56 731 POS-terminal quraşdırılıb. Son bir il ərzində POS-terminalları
Maliyyə
9 Oktyabr , 2014 14:53
​Azərbaycanda quraşdırılan POS-terminalların sayı 59% artıb
Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda cari ilin sentyabrın 1-nə ümumilikdə 56 731 POS-terminal quraşdırılıb. Son bir il ərzində POS-terminalların sayı 58,8% artıb. “Report”un məlumatında görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Quraşdırılan POS-terminalların 38 990 ədədi yaxud 68,8%-i paytaxt Bakı, 17 741 ədədi, yəni 31,2%-i isə regionların payına düşür.

POS-terminalların ümumi sayında 97,5% (55 300 ədəd) pərakəndə ticarət obyektlərinin payına düşür ki, bunun da 68,9%-i (38 102 ədəd) paytaxtda cəmlənib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakıda quraşdırılan POS-terminalların sayı 22,8%, regionlarda isə 3,5 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi