​Azərbaycanda pullu xidmətlər indeksi artıb

​Azərbaycanda pullu xidmətlər indeksi artıb İndeks 110% həddini keçib
Maliyyə
27 Oktyabr , 2014 09:35
​Azərbaycanda pullu xidmətlər indeksi artıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2014-cü ilin sentyabr ayı üzrə 110,2% təşkil edib. “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici avqust ayı ilə müqayisədə 3,9 faiz bəndi artıb.

Göründüyü kimi, indeks artmaqla 100%-dən yuxarı səviyyədə qalıb ki, bu da hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki ayla müqayisədə artmasından xəbər verir.

Qeyd edək ki, sentyabr ayında əhaliyə 644,2 mln. manat həcmində pullu xidmətlər göstərilib, avqust ayında isə bu həcm 584,4 mln. manata enib. Müqayisə üçün bildirək ki, iyul ayında bu göstərici 549,9 mln. manata bərabər olub. Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında əhaliyə 4,761 mlrd. manat dəyərində pullu xidmətlər göstərilib ki, bu da illik müqayisədə 6,4% çoxdur. 

Son xəbərlər

Orphus sistemi