Azərbaycanda məcmu bank kapitalı 26% artıb

Azərbaycanda məcmu bank kapitalı 26% artıb Məcmu bank kapitalının həcmi 3,9 mlrd. manata çatıb
Maliyyə
3 Oktyabr , 2014 07:05
Azərbaycanda məcmu bank kapitalı 26% artıb
Bakı. 3 oktyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2014-cü il sentyabrın 1-nə 3,865 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, bu, illik müqayisədə 788 mln. manat və ya 25,6% çoxdur.

Eyni zamanda, bu ilin əvvəlindən bank sistemi üzrə məcmu kapital göstəricisi 439 mln. manat və ya 12,8%, avqust ayında isə 47 mln. manat və ya 1,2% artıb.

Beləliklə, bank sistemi üzrə məcmu kapitalın ümumi aktivlərə nisbəti sentyabrın 1-nə 16,4%-ə bərabər olub.

Son xəbərlər

Orphus sistemi