​Azərbaycanda kredit qoyuluşları 20% artıb

​Azərbaycanda kredit qoyuluşları 20% artıb Son bir ildə problemli kreditlərin həcmi 23% artıb
Maliyyə
8 Oktyabr , 2014 05:45
​Azərbaycanda kredit qoyuluşları 20% artıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi illik müqayisədə 19,7% artaraq 2014-cü il sentyabrın 1-nə 17 308,9 mln. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstərici ilin əvvəlindən 12,2% artıb.

Kredit qoyuluşlarının tərkibində 7,103 mlrd. manat və ya 41% ev təsərrüfatlarına verilən kreditlərin payına düşür. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 27,8% artıb.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin sentyabrın 1-nə 938,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 22,8% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,3%-dən 5,4%-dək artıb.

Son xəbərlər

Orphus sistemi