Azərbaycanda IPI indeksi azalıb

Azərbaycanda IPI indeksi azalıb İndeks 94,1%-ə düşüb
Maliyyə
17 Sentyabr , 2014 05:03
Azərbaycanda IPI indeksi azalıb

Bakı. 17 sentyabr. REPORT.AZ/. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2014-cü ilin avqust ayında 94,1% təşkil edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks iyul ayı ilə müqayisədə 13,9 faiz bəndi azalıb:

İndeks azalmaqla yanaşı 100%-dən aşağı səviyyəyə düşüb ki, bu da aylıq müqayisədə istehsalatda baş verən azalmadan xəbər verir. Belə ki, avqust ayında istehsal edilmiş məhsulun dəyəri 3,252 mlrd. manat, iyul ayında istehsal edilmiş məhsulun dəyəri isə 3,457 mlrd. manat təşkil edib. Ümumilikdə, qrafikdən görünür ki, istehsalın aylıq dinamikasında böyük dəyişkənlik müşahidə olunur. Bu dalğalanma dinamikası onu göstərir ki, ölkə sənayəsində aylıq müqayisədə möhkəm və davamlı dinamika yoxdur. Hətta burada mövsümi amillər də rol oynamır, çünki belə dalğalanma il boyu müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi