Azərbaycanda inflyasiya 1,5%-ə düşüb

Azərbaycanda inflyasiya 1,5%-ə düşüb Ötən ilə nisbətən inflyasiya 0,6 faiz bəndi azalıb
Maliyyə
15 Avqust , 2014 08:23
Azərbaycanda inflyasiya 1,5%-ə düşüb
Bakı. 15 avqust. REPORT.AZ/. Bu ilin iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,0% enib, xidmət tarifləri 0,2% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməyib. "Report"un xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,9%, qeyri-ərzaq mallarının qiymətləri 3,6%, xidmət tarifləri 0,4% artıb.

Qeyd edək ki, ötən ilin 7 ayında inflyasiyanın səviyyəsi 2,1%-ə bərabər olub.

Son xəbərlər

Orphus sistemi