Azərbaycanda fond bazarı iştirakçılarının hesabatlarına dair yeni qaydalar təsdiqlənib

Azərbaycanda fond bazarı iştirakçılarının hesabatlarına dair yeni qaydalar təsdiqlənib Yeni qaydalar 2015-ci ildən qüvvəyə minəcək
Maliyyə
31 Oktyabr , 2014 11:42
Azərbaycanda fond bazarı iştirakçılarının hesabatlarına dair yeni qaydalar təsdiqlənib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları" təsdiq edilib. Sənəd artıq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu barədə "Report"a Komitənin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Yeni qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, dilerlər, fond birjaları, depozitarlar, klirinq təşkilatları və qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən QKDK-ya təqdim edilən hesabatlara dair tələbləri, habelə onların QKDK-ya təqdim edilməsi və açıqlanması proseslərini tənzimləyir.

Qeyd edək ki, yeni qaydalar 2015-ci ildən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi