​Azərbaycanda dövlət istiqrazlarının indeksi yüksəlib

​Azərbaycanda dövlət istiqrazlarının indeksi yüksəlib Maliyyə Nazirliyinin dövriyyədə olan istiqrazlarının cari qiymət üzrə həcmi 0,04% artıb
Maliyyə
30 Oktyabr , 2014 05:22
​Azərbaycanda dövlət istiqrazlarının indeksi yüksəlib

Bakı. 30 oktyabr. REPORT.AZ/. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,01% artaraq oktyabr ayının 30-na 3 054,74 təşkil edib. Ortaölçülü qiymət indeksi 95,46 təşkil edib. Oktyabrın 30-na dövriyyədə olan istiqrazların cari qiyməti üzrə həcmi 0,04% artaraq 139 563 584 manata çatıb.

“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 871,79-a bərabər olub. Ortaölçülü qiymət indeksi isə 108,97 təşkil edib.

Son xəbərlər

Orphus sistemi