Bakı. 16 sentyabr. REPORT.AZ/. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 2014-cü ilin yanvar-iyun ayları üzrə 22,2% təşkil edib. Report-un hesablamalarına görə, ötən ilin 6 ayının eyni göstəricisinə nisbətən 1,5 faiz bəndi səviyyəsində azalma müşahidə olunur.
Cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətinin illik azalması ilk növbədə cari əməliyyatlar hesabı balansının azalması ilə bağlıdır. Belə ki, bu göstərici illik müqayisədə 66 mln. dollar və ya 1,02% azalıb. Bundan əlavə, ÜDM-in artması da azaldıcı təsir göstərib.
Qeyd edək ki, eyni zamanda cari əməliyyatlar hesabı balansının qeyri-neft ÜDM-ə nisbəti 39,5% təşkil edib ki, bu da illik müqayisədə 4,1 faiz bəndi azdır.