​Azərbaycanda borcalanların sayı son bir ildə 23% artıb

​Azərbaycanda borcalanların sayı son bir ildə 23% artıb Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərilən sorğular 47% artıb
Maliyyə
18 Avqust , 2014 11:20
​Azərbaycanda borcalanların sayı son bir ildə 23% artıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) 248 428 ədəd kredit sorğuları göndərilib ki, bunun da 244 342-si banklar, 4 086-sı isə fiziki şəxslərə aid olub.

AMB-dən “Report”a verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən sorğuların sayı 46,9% artıb. Belə ki, banklar tərəfindən MKR-ə göndərilən sorğuların sayı 4,8%, şəxslər tərəfindən göndərilən sorğuların sayı isə 12 dəfə çox olub.

MKR-in hesabatına əsasən, iyulun 1-nə ölkə üzrə cəmi borcalanların sayı 2 138 886, o cümlədən hüquqi şəxslərin sayı 10 462, fiziki şəxslərin sayı 2 110 400, sahibkarlıq subyektlərinin sayı 18 024, zamin şəxslərin sayı 989 278, kredit məlumatlarının sayı 7 738 882 olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə borcalanların ümumi sayı 22,8%, hüquqi şəxslər 10%, fiziki şəxslər 22,9%, sahibkarlıq subyektləri 15,3%, zamin şəxslər 56,5%, kredit məlumatlarının sayı isə 46,4% artıb.

Son xəbərlər

Orphus sistemi