​Azərbaycanda bank əmanətlərinin həcmi 7 mlrd. manata çatıb

​Azərbaycanda bank əmanətlərinin həcmi 7 mlrd. manata çatıb Əmanətlərin illik artımı 15% təşkil edir
Maliyyə
3 Oktyabr , 2014 04:40
​Azərbaycanda bank əmanətlərinin həcmi 7 mlrd. manata çatıb
Bakı. 3 oktyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2014-cü il sentyabrın 1-nə 6,993 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, illik müqayisədə 903 mln. manat və ya 14,8% çoxdur.

Eyni zamanda, bu ilin əvvəlindən bank əmanətlərinin həcmi 597 mln. manat və ya 9,3%, avqust ayında isə 53 mln. manat və ya 0,7% artıb.

Qeyd edək ki, ötən il ərzində əmanətlərin artımı 25,1% təşkil edib. Ötən ilin yanvar-avqust aylarında artım 19,1% olub. Beləliklə, əmanətlərin artım tempinin müəyyən dərəcədə azalması müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi