​Azərbaycanda bank depozitlərinin həcmi 26% artıb

​Azərbaycanda bank depozitlərinin həcmi 26% artıb Son bir ildə əhalinin əmanətləri 15% artıb
Maliyyə
8 Oktyabr , 2014 04:45
​Azərbaycanda bank depozitlərinin həcmi 26% artıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü il sentyabrın 1-nə 14 639,8 mln. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artıb. O cümlədən, ilin əvvəlindən depozitlərin həcmi 17,4%, avqust ayında isə 0,6% artıb.

Depozitlərin tərkibində 6 992,8 mln. manat və ya 47,8% ev təsərrüfatlarının depozitlərinin (əmanətlər) payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin sentyabrın 1-nə nisbətən 14,8% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin sentyabrın 1-nə 7 647,1 mln. manata bərabər olub. Bu göstərici illik müqayisədə 37,3% artıb.

Hüquqi şəxslərin depozitlərinin strukturunda 4 022,6 mln. manat və ya 52,6% maliyyə təşkilatlarının depozitləri, 3 624,5 mln. manat və ya 47,4% isə qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür. 

Son xəbərlər

Orphus sistemi