​Azərbaycan və Moldova arasında fond bazarı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

​Azərbaycan və Moldova arasında fond bazarı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb Sənəd qiymətli kağızlar bazarları sahəsində əməkdaşlıq və məlumat mübadiləsini nəzərdə tutur
Maliyyə
24 Oktyabr , 2014 13:00
​Azərbaycan və Moldova arasında fond bazarı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Moldova Maliyyə Bazarları üzrə Milli Komissiyasının sədr müavini Nina Doskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a QKDK-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

QKDK sədrinin müavini İlqar Muradov və Moldova Maliyyə Bazarlsrı üzrə Milli Komissiyasının sədri N.Doska çıxış edərək ölkələr arasındakı münasibətlərdən danışıblar.

Sonra isə QKDK və MBMK arasında qiymətli kağızlar bazarları sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Moldova tərəfindən Milli Komissiyanın sədri N.Doska, Azərbaycan tərəfindən isə QKDK-nin sədr müavini İ.Muradov imzalayıblar.

Son xəbərlər

Orphus sistemi