Azərbaycan sığorta bazarı bu ilin üç rübündə 4% artıb

Azərbaycan sığorta bazarı bu ilin üç rübündə 4% artıb Sığorta ödənişlərinin həcmi isə 32% artıb
Maliyyə
17 Oktyabr , 2014 15:25
Azərbaycan sığorta bazarı bu ilin üç rübündə 4% artıb
Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətinin xətti ilə təxminən 314,1 mln. manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,75 mln. manat və ya 3,5% çoxdur. Bu barədə "Report"a Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.

Onuin sözlərinə görə, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin ümumi məbləği isə 27,85 mln. manat və ya 31,5% artaraq 116,4 mln. manata çatıb.

Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,1 mln. manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-sentyabr aylarında 29,2 manat olub.

Bu ilin yanvar-sentyabr aylarında sığorta haqlarının 65%-i və ya 204,1 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% və ya 1,6 mln. manat çoxdur.

İcbarı sığorta növləri üzrə yığımlar isə 110 mln. manat və ya bazarın 35%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 9,1% və ya 9,15 mln. manat artıb.

Cari ilin ilk 9 ayında ümumi ödənişlərin 73,8%-i və ya 85,9 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 38,9% və ya 24 mln. manat artıb. İcbarı sığorta növləri üzrə isə ödənişlər 14,3% və ya 3,8 mln. manat artaraq 30,5 mln. manata çatıb.

Təhlil olunan dövrdə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,1 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-sentyabr aylarında isə bu göstərici 30,5 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə ötən ilki 26,5 manatdan 27,8 manata yüksəlib.

Son xəbərlər

Orphus sistemi