​Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 38% artıb

​Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 38% artıb Birbaşa investisiyaların həcmi 30% artaraq 3,9 mlrd. dollara çatıb
Maliyyə
16 Sentyabr , 2014 17:33
​Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 38% artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına 7,3 mlrd. ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 38,3% çox xarici investisiyalar yönəldilib. Report xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda deyilir.

İnvestisiyaların 11,2%-i iqtisadiyyata maliyyə kreditləri, 53,1%-i birbaşa, 35,7%-i isə portfel və digər investisiyalar şəklində daxil olub.

Birbaşa investisiyaların həcmi 3,9 mlrd. dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,2% artıb, onun 3,3 mlrd. dolları və ya 85,3%-i iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

Bu dövrdə ölkə rezidentlərinə 815,5 mln. ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilib, bunun da 46,5%-i dövlət təminatlı kreditlər olub.

Son xəbərlər

Orphus sistemi