​Azərbaycan Dövlət Neft Fondunun aktivləri 37,3 mlrd. dolları keçib

​Azərbaycan Dövlət Neft Fondunun aktivləri 37,3 mlrd. dolları keçib Aktivlərin həcmi bu ilin əvvəlindən 4% artıb
Maliyyə
20 Oktyabr , 2014 06:10
​Azərbaycan Dövlət Neft Fondunun aktivləri 37,3 mlrd. dolları keçib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 131,9 mln. manat, büdcə xərcləri isə 8 041,2 mln. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, bu barədə Fondun məlumatında deyilir.

Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 969,6 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 947,8 mln. manat, tranzit gəlirləri 6,8 mln. manat, bonus ödənişləri 13,3 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat olub. Bundan başqa, ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 mln. manat təşkil edib.

Hesabat dövründə 7 399,7 mln. manat Neft Fondundan dövlət büdcəsinə transfert edilib. Bundan əlavə, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 254,2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 24,8 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 47,5 mln. manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 18,0 mln. manat yönəldilib. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə 40,0 mln. manat, “STAR” neft emalı kompleksinin tikintisi üçün isə 223,5 mln. manat vəsait ayrılıb. Bu ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 33,5 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 962,7 mln. manat təşkil edib, o cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 3,7 mln. manat, ABŞ dolları, avro, funt sterlinq və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərclər 966,4 mln. manat olub.

Nəticədə, 2014-cü il oktyabrın 1-nə Fondun aktivləri ilin əvvəlinə nisbətən 4,0% artaraq 37 305,3 mln. ABŞ dollarına bərabər olub. Fondun aktivlərinin əsas hissəsi ABŞ dollarında nominallaşıb. Belə ki, aktivlərin 53,8%-i dollarda, 34,0%-i avroda, 5,1%-i funt sterlinqdə, 1,2%-i Koreya vonunda, 1,1%-i Türkiyə lirəsində, 1,1% Rusiya rublunda, 0,5%-i Avstraliya dollarında nominallaşıb. Bundan əlavə, aktivlərin 3,2%-ni qızıl aktivləri təşkil edir.

Son xəbərlər

Orphus sistemi