​Azərbaycan Beynəlxalq Bankı bazara yeni kredit kartını çıxarır

​Azərbaycan Beynəlxalq Bankı bazara yeni kredit kartını çıxarır “ELkart” adlanan bu kredit kartı mal və xidmətlərin dəyərini hissə-hissə ödəmək imkanı verəcək
Maliyyə
25 Avqust , 2014 13:49
​Azərbaycan Beynəlxalq Bankı bazara yeni kredit kartını çıxarır

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) tezliklə hissə-hissə ödəniş imkanlı “ELkart” kredit kartını təqdim edəcək. Bu barədə “Report”a ABB-dən məlumat verilib.

Məlumata görə, “ELkart” öz sahibinə ticarət müəssisələrində mal və xidmətlərin dəyərini hissə-hissə ödəmək, kartda olan vəsaiti nağdlaşdırmaq və bir sıra fərqli imkanlar təqdim edəcək.

Xatırladaq ki, indiyədək ABB bazara müxtəlif adlarda bir sıra kartlar təqdim edib.

Son xəbərlər

Orphus sistemi