​Azərbaycan Beynəlxalq Bankı ATM və POS-terminal şəbəkəsini genişləndirir

​Azərbaycan Beynəlxalq Bankı ATM və POS-terminal şəbəkəsini genişləndirir ABB-nin aktiv plastik kartlarının sayı 2,2 mln.-a çatıb
Maliyyə
20 Oktyabr , 2014 17:08
​Azərbaycan Beynəlxalq Bankı ATM və POS-terminal şəbəkəsini genişləndirir

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən 2014-cü ilin yanvar-oktyabr aylarında ölkənin 44 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb. Bu, ölkə bankları tərəfindən ilin əvvəlindən quraşdırılan ATM-lərin ümumi sayının 50%-ni təşkil edir.

Bankın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hazırda ABB-nin bankomatlarının ümumi sayı 734 ədəd təşkil edir. 

İlin əvvəlindən bankın POS-terminal şəbəkəsi 70,6% artaraq 8 445-ə çatdırılıb.

Qeyd edək ki, oktyabrın 1-nə ABB-nin 2 181 855 aktiv plastik kartı olub.

Son xəbərlər

Orphus sistemi