Azrəbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 32% azalıb

Azrəbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 32% azalıb Ticarət dövriyyəsinin mənfi saldosu sabit qalıb
Maliyyə
21 Avqust , 2014 10:48
Azrəbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 32% azalıb
Bakı. 21 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Azrəbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 1,667 mlrd. ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyə 31,5% azalıb.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, hesabat dövründə MDB ölkələrinə ixracın həcmi 498,259 mln. dollar təşkil edib, bu da bir il əvvəlki analoji göstəricidən 37,8% aşağıdır. 

Qiymətləndirilən dövr ərzində MDB ölkələrindən idxal 1,169 mlrd. dollar həcmində olub. Həmin göstərici üzrə 22% azalma müşahidə olunub. 

MDB ölkələri ilə ticarət dövriyyəsində 670,828 mln. dollar həcmində mənfi saldo yaranıb ki, bu da təxminən ötən ilin 7 aylıq göstəricisinə bərabərdir.

Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, Azrəbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 4,062 mlrd. dollar təşkil edib, bunun 1,509 mlrd. dolları MDB ölkələrinə ixracın, 2,533 mlrd. dolları isə idxalın payına düşüb. Əvvəlki il ilə müqayisədə ticarət dövriyyəsi 11,9% artıb.

Son xəbərlər

Orphus sistemi