"Azre Təkrarsığorta" kapitalını artırır

"Azre Təkrarsığorta" kapitalını artırır Şirkət kapitalını 25% artıracaq
Maliyyə
23 İyun , 2016 14:27
Azre Təkrarsığorta kapitalını artırır

Bakı. 23 iyun. REPORT.AZ/ “Azre Təkrarsığorta” ASC nizamnamə kapitalını artırmağı planlaşdırır. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Şirkətin İdarə Heyətinin sədri Fuad Quliyev məlumat verib.

Onun sözlərinə görə, kapital artımı təxminən 10 mln. manat təşkil edəcək. Bununla da, “Azre Təkrarsığorta”nın nizamnamə kapitalı hazırkı 40 mln. manata nisbətən 25% artaraq 50 mln. manata yüksələcək.

Son xəbərlər

Orphus sistemi