​"Azre Təkrarsığorta" İran bazarına çıxıb

​"Azre Təkrarsığorta" İran bazarına çıxıb Bu istiqamətin perspektivləri aparılan qiymətləndirmənin nəticələrindən asılı olacaq
Maliyyə
23 İyun , 2016 17:10
​Azre Təkrarsığorta İran bazarına çıxıb

Bakı. 23 iyun. REPORT.AZ/ “Azre Təkrarsığorta” ASC İranın sığorta şirkətləri ilə əməkdaşlıq etməyə başlayıb. “Report”un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Şirkətin İdarə Heyətinin sədri Fuad Quliyev məlumat verib.

Bununla belə, onun sözlərinə görə, İran bazarında əməkdaşlığın gələcək perspektivləri, genişləndirilməsi şirkətin maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə aparılan qiymətləndirmələrdən asılı olacaq.

F.Quliyev qeyd edib ki, rəhbərlik etdiyi şirkət həmçinin Türkiyə sığortaçıları ilə risklərin ötürülməsi sahəsində əməkdaşlıq edir. Amma ümumilikdə “Azre Təkrarsığorta”nın daxilolmalarının 90%-dən çoxu yerli bazar hesabına formalaşır.

Onun sözlərinə görə, xaricdən təkrar sığorta ilə bağlı müraciətlər çox olsa da, bunların əksəriyyəti qəbul edilmir: “Məsələn, Yaxın Şərq regionunda brokerlərdən təkliflər alırıq, amma onların 99%-ni qəbul etmirik. Bunun səbəbi müəyyən qədər anderraytinqlə bağlıdır. Bəzi təkrarsığorta şirkətləri Afrika ölkərində də işləyir, lakin düşünmürəm ki, biz o regionlarda gələcəkdə işləyəcəyik”.

Son xəbərlər

Orphus sistemi