AzPatent “açıq qapı” günləri keçirəcək

AzPatent “açıq qapı” günləri keçirəcək "Açıq Qapı" günündə suallar “AzPatent”in mütəxəssisləri tərəfindən cavablandırılacaq
Maliyyə
24 Fevral , 2016 10:40
AzPatent “açıq qapı” günləri keçirəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) hər ayın sonuncu həftəsinin cümə gününü saat 10.00-dan 17.00-dək “Açıq qapı” günü elan edib. Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib.

"Açıq Qapı" günündə mövzu ilə bağlı suallar “AzPatent”in mütəxəssisləri tərəfindən cavablandırılacaq.

Tədbirdə iştirak etmək istəyənlər Bakı şəhəri, Mirzə İbrahimov küçəsi-53, 422-ci məhəllə (Xarisi İşlər Nazirliyinin arxasındakı bina) ünvanında yerləşən Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinə (AzPatent) müraciət edə bilərlər.

Qurumun açıqlamasında qeyd edilir ki, "Açıq Qapı" gününün keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 1713 nömrəli Sərəncamında qarşıya qoyulan vəzifələrlə əlaqədar ölkədə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün yeni mühitin formalaşdırılmasına, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi üçün “Made in Azerbaijan” brendinin təşviqinə, ölkədə istehsal olunan məhsulların xarici ölkələrə ixracı zamanı hüquqların müəyyənləşdirilməsi, qorunmasına, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı bütün məsələlərə aydınlıq gətirmək və müvafiq köməkliklər göstərməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi