Bakı. 19 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Azərqarant Sığorta" ASC-nin yığımları 201 060 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,6% çoxdur.
Hesabat dövründə "Azərqarant Sığorta"nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 7 ay ərzində 656 manat ödəniş edib və bu, illik müqayisədə 59,6% azdır.
Cari ilin yanvar-iyul aylarında "Azərqarant Sığorta" topladığı hər 100 manat sığorta haqqının cəmi 0,33 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 1,18% olub.
Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə məxsusdur.