"Azərqarant Sığorta"nın öhdəlikləri 4% azalıb

"Azərqarant Sığorta"nın öhdəlikləri 4% azalıb Şirkət bu ilin ilk 6 ayını xalis mənfəətlə başa vurub
Maliyyə
25 Oktyabr , 2016 17:12
Azərqarant Sığortanın öhdəlikləri 4% azalıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Azərqarant Sığorta" ASC-nin cəmi aktivləri bu il, iyulin 1-nə 6,474 mln. manat təşkil edib. 

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 1,4% azdır.

Son 6 ayda "Azərqarant Sığorta"nın cəmi öhdəlikləri 4% azalaraq 262 min manat, cəmi kapitalı isə 1,3% azalaraq 6,213 mln. manat olub.

Hesabat dövründə "Xalq Sığorta"nın cəmi gəlirləri 310 min manat, cəmi xərcləri isə 154 min manat təşkil edib. Son nəticədə Şirkətin xalis əməliyyat mənfəəti 156 min manat olub.

"Azərqarant Sığorta" bunun 31 min manatını mənfəət vergisinin ödənilməsinə yönəldib. Bununla da sığorta şirkəti ilin ilk 6 ayını 125 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi