Bakı. 5 avqust. REPORT.AZ/ "Azericard" MMC-nin baş direktoru Anar Sultanov vəzifəsindən azad edilib. Bu barədə "Report"a etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumata görə, qurumun yeni rəhbəri Ceyhun Rəhimov təyin edilib.
Bundan öncə "Azər-Türk Bank" ASC-nin Plastik kartlarla iş Departamentinin direktoru olan Ceyhun Rəhimov əvvəllər "Kapital Bank" ASC-nin Pərakəndə biznes Departamentinə rəhbərlik edib.