Azərbaycanla Türkiyə arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında memorandum təsdiqlənib

Azərbaycanla Türkiyə arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında memorandum təsdiqlənib Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə MASAK arasında memorandum da təsdiq edilib
Maliyyə
4 May , 2015 20:01
Azərbaycanla Türkiyə arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında memorandum təsdiqlənib

Bakı. 4 may. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Eyni zamanda Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti bu Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Bundan əlavə, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında elektrik enerjisi mübadiləsi ilə əlaqədar yaranan borca dair Protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında elektrik enerjisi mübadiləsi ilə əlaqədar yaranan borca dair 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Protokol təsdiq edilib.

Azərbaycan Energetika Nazirliyi Protokolun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi