Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb Xarici ticarət əməliyyatlarında yaranan müsbət saldo yanvarda 3,3 dəfə azalıb
Maliyyə
17 Fevral , 2016 15:05
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

Bakı. 17 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycan 114 ölkə ilə 1 099 884,38 min ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,62% azdır.

Hesabata əsasən, hesabat ayında ixrac əməliyyatlarının həcmi illik müqayisədə 48,57% azalaraq 657 076,21 min dollar, idxal isə 22,95% azalaraq 442 808,17 min dollar təşkil edib.

Beləliklə, xarici ticarət əməliyyatlarında 214 268,04 min dollarlıq müsbət saldo yaranıb. Bu da öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə azalma deməkdir.

Qeyd edək ki, yanvar ayında ölkəyə 3 299 çeşiddə mal idxal olunub. Bu müddətdə ixrac məhsullarının çeşidi isə cəmi 543 ədəd olub.

Son xəbərlər

Orphus sistemi