Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 50% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 50% azalıb Bu ilin ilk yarısında ixracın həcmi 32%, idxalın həcmi isə 14% azalıb
Maliyyə
11 Avqust , 2016 13:24
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 50% azalıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 10 325,9 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 278,7 mln. dollar, idxalın dəyəri 4 047,2 mln. dollar təşkil edib, nəticədə 2 231,5 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən ilin ilk yarısına nisbətən bu il ümumi ticarət dövriyyəsi 3 565,7 mln. dollar yaxud 25,67% azalıb. Həmin dövr üçün ixracın həcmi 2 914,3 mln. manat və ya 31,70%, idxalın həcmi isə 651,4 mln. dollar yaxud 13,86% azalıb.

Ticarət dövriyyəsinin müsbət saldosu 2 262,9 mln. dollar yaxud 50,35% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 163 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac, 154 ölkədən idxal olunub.

Ticarət dövriyyəsinin 41,9%-i Avropa İttifaqı, 12,6%-i MDB, 45,5%-i isə digər ölkələrin payına düşüb.

Son xəbərlər

Orphus sistemi