Azərbaycanın valyuta büdcə öhdəliklərinin icrasında çətinliklər yarana bilər

Azərbaycanın valyuta büdcə öhdəliklərinin icrasında çətinliklər yarana bilər Ehtiyatlar kifayət etmədikdə, dövlət büdcəsinə yenidən baxılması zərurəti yarana bilər
Maliyyə
29 Sentyabr , 2016 17:28
Azərbaycanın valyuta büdcə öhdəliklərinin icrasında çətinliklər yarana bilər

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layihəsində xarici valyuta ilə aparılması nəzərdə tutulan xərclərin həcmi 3 060,9 mln. ABŞ doları məbləğində proqnozlaşdırılır. "Report"un verdiyi xəbərə görə, bu barədə 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinndə qeyd olunub.

"Dövlət büdcəsinin xarici valyutada ifadə olunmuş öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yarana bilər. Bunların aradan qaldırılması üçün müvafiq ehtiyatlar nəzərdə tutulub. Bu ehtiyatlar kifayət etmədikdə və digər məsələlər üzrə qənaət imkanları bu kəsiri bağlamadıqda, dövlət büdcəsinə yenidən baxılması zərurəti yarana bilər", - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, manatın məzənnəsi büdcəyə həm birbaşa, həm də dolayı vasitələrlə təsir göstərir. Belə ki, dövlət büdcəsinin xarici valyutada olan xərcləri manatın ABŞ dolları qarşısında olan məzənnəsindən birbaşa asılıdır. Lakin məzənnə dəyişikliyi nəticəsində yeni yaranmış iqtisadi şərait və artan qeyri-müəyyənlik vergi ödəyicisi olan sahibkarların və fiziki şəxslərin gəlir və xərclərinə, iqtisadiyyata investisiya qoyuluşunun həcminə, problemli vəziyyətdə olan bank sektorunda restruktizasiya ilə bağlı əlavə büdcə xərclərinə və s. təsir göstərir ki, bunları da dolayı təsirlərə aid etmək olar.

Son xəbərlər

Orphus sistemi