Azərbaycanın ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

Azərbaycanın ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 4 648 çeşiddə mal idxal olunub
Maliyyə
17 Mart , 2016 11:50
Azərbaycanın ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

Bakı. 17 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan 132 ölkə ilə 2 203 344.30 min dollar həcmində ticarət əməliyyatı həyata keçirib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,51% azalıb.

Bu müddətdə idxal əməliyyatlarının həcmi 42,67% azalaraq 979 874,94 min dollar, ixrac isə 47,59% azalaraq 1 223 469,36 min dollar təşkil edib.

Ticarət dövriyyəsinin müsbət saldosu 2,6 dəfə azalaraq ötən ilin müvafiq dövründəki 627 435,96 min dollardan cari ildə 243 594,42 min dollara enib.

Qeyd edək ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 4 648 çeşiddə mal idxal olunub. Bu müddətdən ölkədən ixrac olunan məhsul çeşidi isə cəmi 968 ədəd təşkil edib. 

Son xəbərlər

Orphus sistemi