Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 5 dəfə üstələyib

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 5 dəfə üstələyib Mərkəzi Bank: Strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib
Maliyyə
24 Fevral , 2016 15:01
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 5 dəfə üstələyib

Bakı. 24 fevral. REPORT.AZ / Azərbaycanın strateji valyuta ehtiyatlarının 2015-ci ildə zəruri həcmdə qorunması təmin edilib. Belə ki, ötən ilin sonuna strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunun həcmini 5,2 dəfə üstələyib.

"Report"un Mərkəzi Bankın "Pul siyasəti icmalı"na istinadən verdiyi xəbərə görə, strateji valyuta ehtiyyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutmaqda davam edib.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 894,3 mln. ABŞ dolları (10 751,0 mln. manat), xarici dövlət borcunun ÜDM-ə nisbəti 19,8% təşkil edib.

Son xəbərlər

Orphus sistemi