​Azərbaycanın sığorta bazarında təmərküzləşmə güclənir - İCMAL

​Azərbaycanın sığorta bazarında təmərküzləşmə güclənir - İCMAL İlk 5-liyə düşən şirkətlərin ümumi bazar payı getdikcə artmaqdadır
Maliyyə
12 Avqust , 2016 11:27
​Azərbaycanın sığorta bazarında təmərküzləşmə güclənir - İCMAL

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanda toplanan sığorta haqlarının məbləğinə görə ilk beşliyə düşən şirkətlərin ümumi bazar payı getdikcə artmaqdadır. "Report" xəbər verir ki, söhbət "PAŞA Sığorta" ASC, "PAŞA Həyat Sığorta" ASC, "Atəşgah Sığorta" ASC, "Atəşgah Həyat Sığorta" ASC və "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətindən gedir.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, adı çəkilən sığortaçılar bu ilin ilk yarısında təxminən 183,6 mln. manat sığorta haqqı toplayıb. Bu isə ölkə üzrə məcmu daxilolmaların (285,4 mln. manat) 64,3%-nə bərabərdir.

Qeyd edək ki, 2015-ci ilin ilk yarısının yekununda isə 5-liyin payı 57,6% olub. Belə ki, şirkətlər 139,7 mln. manat sığorta haqqı yığıb. Ümumi yığımların məbləği isə 242,4 mln. manat təşkil edib.

Ötən ilin yekununda isə "PAŞA Sığorta", "PAŞA Həyat Sığorta", "Atəşgah Sığorta", "Atəşgah Həyat Sığorta" və "Azərsığorta" birlikdə 243,4 mln. manat toplayıb və bu, bazarın 54,9%-nin 5 şirkətin nəzarətində olması deməkdir. Xatırladaq ki, 2015-ci ildə sığorta yığımları 442,9 mln. manat təşkil edib.

Göründüyü kimi, ötən ilin sonuna 5-liyin bazar payı bir qədər azalsa da, bu ilin əvvəlindən yenidən artıb və bir il əvvəlki göstəricini təxminən 7 faiz bəndi üstələyib.



Sığorta şirkəti
 
Bazar payı
Yanvar-iyun, 2015    Yanvar-dekabr, 2015    Yanvar-iyun, 2016   
1 PAŞA Sığorta 16,28% 14,63% 22,64%
2 PAŞA Həyat Sığorta 13,52% 12,31% 15,78%
3 Atəşgah Sığorta 10,85% 9,83% 7,47%
4 Atəşgah Həyat Sığorta      8,94% 8,83% 6,99%
5 Azərsığorta 8,04% 9,34% 11,46%
Cəmi 57,63% 54,94% 64,34%

Son xəbərlər

Orphus sistemi