Azərbaycanın sərnişinlərin icbari sığortası bazarı ötən il kəskin artıb

Azərbaycanın sərnişinlərin icbari sığortası bazarı ötən il kəskin artıb Son bir ildə sərnişinlərin icbari fərdi qəza sığortası üzrə müqavilələrin sayı iki dəfə, sığorta haqlarının həcmi isə 85% artıb
Maliyyə
6 Yanvar , 2015 18:06
Azərbaycanın sərnişinlərin icbari sığortası bazarı ötən il kəskin artıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə 554 sayda sərnişinlərin icbari fərdi qəza sığortası müqaviləsi bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 155,3 min manat təşkil edib. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Əvvəlki ilə nisbətən sığorta müqavilələrinin sayında 2 dəfə, sığorta haqlarının məbləğində 85,2% artım müşahidə edilib.

Hesabat ilində bağlanmış sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin aid olduqları nəqliyyat vasitələrinin növü və hər bir növə dair sığorta müqavilələri üzrə daxilolmaların məbləği aşağıdakı cədvəldə göstərildiyi kimi olub:

Son xəbərlər

Orphus sistemi