Azərbaycanın məcmu valyuta ehtiyatları 553 mln. dollar artıb

Azərbaycanın məcmu valyuta ehtiyatları 553 mln. dollar artıb Son üç ayda ARDNF-in valyuta ehtiyatları artıb, AMB-nin ehtiyatları isə azalıb
Maliyyə
12 Oktyabr , 2016 15:40
Azərbaycanın məcmu valyuta ehtiyatları 553 mln. dollar artıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 39 954,8 mln. ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, bunun 89,66%-i və yaxud 35 822,1 mln. dolları Dövlət Neft Fondu (ARDNF), 10,34%-i və yaxud 4 132,7 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb. 

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 553 mln. dollar və yaxud 1,4% artıb. Son üç ayda ARDNF-in valyuta ehtiyatlarında 704,2 mln. dollar artım, AMB-nin valyuta ehtiyatlarında isə 151,2 mln. dollar azalma baş verib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə Azərbaycanın valyuta ehtiyatları 1,798 mlrd. dollar və yaxud 4,31% azalıb.

ARDNF-in valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(mln. ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları 
(mln. ABŞ dolları)
01.10.2016 35 822,1 4 132,7 39 954,8
01.07.2016 35 117,9 4 283,9 39 401,8
01.04.2016 34 246,0 4 065,8 38 311,8
01.01.2016 33 574,1 5 016,7 38 590,8
01.10.2015 34 738,1 7 014,7 41 752,8

Son xəbərlər

Orphus sistemi