​Azərbaycanın lizinq şirkəti 7 mln. manatdan çox ziyana düşüb

​Azərbaycanın lizinq şirkəti 7 mln. manatdan çox ziyana düşüb Şirkət ikili devalvasiya ilində kapitalını tamamilə itirib
Maliyyə
22 İyul , 2016 18:48
​Azərbaycanın lizinq şirkəti 7 mln. manatdan çox ziyana düşüb

Bakı. 22 iyul. REPORT.AZ/ "Union Lizinq" ASC ötən ili 7 mln. manatdan çox zərərlə başa vurub. 

Bu barədə "Report" şirkətin ötən ilin yekunu ilə bağlı illik hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2015-ci ildə "Union Lizinq"in əsas əməliyyat gəliri 3,64 mln. manat olsa da, onun satışının maya dəyəri isə 10,65 mln. manat təşkil edib. Bunun 9,214 mln. manatını kommersiya xərclərinin, 15 min manatını inzibati xərclərin, 1,421 mln. manatı isə sair əməliyyat xərclərinin payına düşüb.

Son nəticədə lizinq şirkətinin xalis zərəri 7,01 mln. manat olub. Halbuki "Union Lizinq" 2014-cü ildən 30,5 min manat xalis mənfəətlə çıxmışdı.

İki devalvasiya ilində cəmi kapitalını tamamilə itirən Şirkətin 6,931 mln. manat əlavə kapitala ehtiyacı yaranıb. Onun cəmi öhdəlikləri isə 4,52% artaraq 30,709 mln. manata çatıb. Son nəticədə "Union Lizinq"in cəmi aktivləri 19,28% azalaraq 23,778 mln. manata düşüb.

Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 10 manat olan 4 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% İsmayılov Abdul Rüfət oğluna məxsusdur. 

Son xəbərlər

Orphus sistemi