Bakı. 29 sentyabr. REPORT.AZ/ Gələn il üçün Azərbaycanın icmal büdcəsinin xərclərinin yuxarı limiti 20,967 mlrd. manat həcmində proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Layihəyə əsasən, icmal büdcəsinin kəsiri Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan 9,617 mlrd. manat olacaq.