Azərbaycanın icbari sığorta bazarı 2014-cü ildə 5% artıb

Azərbaycanın icbari sığorta bazarı 2014-cü ildə 5% artıb Hesabat ilində icbari sığorta növləri üzrə bağlanan müqavilələrin sayı isə 6% artıb
Maliyyə
6 Yanvar , 2015 17:23
Azərbaycanın icbari sığorta bazarı 2014-cü ildə 5% artıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən icbari sığorta növləri üzrə ümumilikdə bağlanan müqavilələrin sayı 5,8% artaraq 1 088 412 ədədə çatıb. Bu sığorta növləri üzrə daxilolmalar isə 5,3% artaraq ümumilikdə 87,089 mln. manatı ötüb. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

Bağlanan sığorta müqavilələrinin 85,6%-i (931 464 ədəd) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 14%-i (152 111 ədəd) daşınmaz əmlakın icbari sığortası, 0,2%-i (4 283 ədəd) daşınmaz əmlakın istismari ilə bağlı mülki məsuliyyətin icbari sığortası, 0,05%-i (554 ədəd) isə sərnişinlərin icbari fərdi qəza sığortasının payına düşür. Əvvəlki ilə nisbətən müqavilələrin sayı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2,1%, daşınmaz əmlakın icbari sığortası üzrə 36,1%, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 2 dəfə artıb, daşınmaz əmlakın icbari sığortası üzrə isə 15,2% azalıb.

Yığılan sığorta haqlarının 81,2%-i (70,688 mln. manat) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 18,3%-i (15,912 mln. manat) daşınmaz əmlakın icbari sığortası, 0,4%-i (334,4 min manat) daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, 0,2%-i (155,3 min manat) isə sərnişinlərin icbari fərdi qəza sığortasının payına düşür. Əvvəlki ilə nisbətən daxilolmalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1,9%, daşınmaz əmlakın icbari sığortası üzrə 23,8%, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 5,3% artıb, daşınmaz əmlakın istismari ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 11,7% azalıb.

Son xəbərlər

Orphus sistemi