Azərbaycanın icbari sığorta bazarı 13% artıb

Azərbaycanın icbari sığorta bazarı 13% artıb ​Sığorta bazarının 62%-i könüllü formalaşıb
Maliyyə
20 Noyabr , 2015 15:26
Azərbaycanın icbari sığorta bazarı 13% artıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 236,1 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur. İcbari sığorta növlərində yığım isə 142,8 mln. manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 12,9% böyüyüb.

Hesabat dövründə ümumi ödənişlərin 74,1%-i və ya 103,8 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 7,3% artıb. İcbari sığorta növləri üzrə ödəniş isə 36,2 mln. manat və ya ümumi bazarın 25,9%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,6% çoxdur.

Təhlil olunan dövrdə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44 manat ödəniş həyata keçirilib. Keçən ilin eyni dövründə bu rəqəm 42,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,4 manatdan 25,4 manata düşüb.

Son xəbərlər

Orphus sistemi