​Azərbaycanın həyat sığortası bazarı yanvarda 38% azalıb

​Azərbaycanın həyat sığortası bazarı yanvarda 38% azalıb Bazarın bu seqmentində ödənişlər isə 32% azalıb
Maliyyə
23 Fevral , 2015 17:01
​Azərbaycanın həyat sığortası bazarı yanvarda 38% azalıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda toplanmış məcmu sığorta haqlarının 13%-i və yaxud 8,2 mln. manatı həyat sığortasının payına düşüb.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, 2014-cü ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı təxminən 38,2% azalıb.

Həyat sığortasındakı yığımların təxminən 50%-i (4,1 mln. manat) həyatın yaşam sığortası, 30,5%-i (2,5 mln. manat) istehsalatda bədbəxt hadisələrdən sığorta, 19,5%-i (1,6 mln. manat) həyatın ölüm halından sığortası, cəmi 12,6 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Ötən ay həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin həcmi isə 650 min manat təşkil edib. Bu da ümumi ödənişlərin 6,3%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 31,9% azdır.

ASA-dan bildirilib ki, həyat sığortası üzrə ödənişlərin təxminən 39,5%-i (257 min manat) həyatın yaşam sığortası, 37,1%-i (241 min manat) həyatın ölüm halından sığortası, 23,4%-i (152 min manatı) isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 8 manat ödəniş həyata keçirilib ki, bu da 2014-cü ilin eyni dövründə olan analoji göstəricdən 0,8 manat və ya 11,1% çoxdur. 

Son xəbərlər

Orphus sistemi