​Azərbaycanın "Evrobank" ASC yeni iri səhmdar cəlb edir

​Azərbaycanın "Evrobank" ASC yeni iri səhmdar cəlb edir Bank bununla bağlı Azərbaycan Mərkəzi Bankını da məlumatlandırıb
Maliyyə
4 Dekabr , 2014 16:06
​Azərbaycanın Evrobank ASC yeni iri səhmdar cəlb edir
Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın "Evrobank" ASC yaxın vaxtlarda mövcud səhmdarları sırasına yeni investor cəlb etmək niyyətindədir. Bu barədə "Report"a bankın baş mühasibi Həsən Bayramov məlumat verib.

Bunun əsas məqsədi Azərbaycan Mərkəzi Bankının (AMB) ölkədəki kommersiya banklarının məcmu kapitalına qarşı irəli sürdüyü minimal tələbin yerinə yetirilməsidir.

H.Bayramov bildiirb ki, bəzi KİV-də bankın satışa çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil: "Bankın satışa çıxarılması xəbəri yanlışdır. Sadəcə olaraq, "Evrobank" kapital tələbini ödəmək üçün əlavə səhmdar cəlb edir".

Baş mühasibin sözlərinə görə, yeni səhmdar rolunda Azərbaycanın iri holdinqlərindən biri çıxış edəcək və həmin səhmdar bankın nizamnamə kapitalında 50%-dən iştirak payı (nəzarət səhm paketi) təklif olunub. Artıq bununla bağlı AMB də məlumatlandırılıb.

H.Bayramov qeyd edib ki, hazırda bankın səhmdarı qismində 12 fiziki şəxs çıxış edir. Yeni səhmdarın gəlişi ilə indiki səhmdarların 6-sı öz payından imtina edəcək.

Qeyd edək ki, hazırda "Evrobank" ASC-nin nizamnamə kapitalı 11 mln. manat təşkil edir. AMB-nin tələbinə əsasən, ölkədəki bütün kommersiya bankları 2015-ci il yanvarın 1-dək məcmu kapitalını ən azı 50 mln. manata çatdırmalıdır.

Son xəbərlər

Orphus sistemi